Ölkə

Mingəçevir merindən nazir qudasına zərbə

1-09-2016, 02:13
Mingəçevirin icra başçısı nazir qudasını çıxılmaz vəziyyətdə qoyub; Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovun ölkə rəhbərliyi qarşısında etimadını heçə endirib...

Bu barədə Politika.Az-a daxil olan məlumata görə, icra başçı ilə quda olan nazir arasında münasibətlər soyuyub. 

Buna səbəb Mingəçevirə icra başçısı təyin olunmasında qudasının rolu olduğunu bilən N.Bayramovun fəaliyyətindən narazılıqdır. 

Ölkə rəhbərliyinin etimadını doğrultmayan icra başçısı haqda töhmət dosyesi nazirə ünvanlanıb. A.Rəhimova bildirilib ki, onun Mingəçevir kimi şəhərə təklif etdiyi kadr gözləntiləri doğrulda bilməyib. 

Naziri pis vəziyyətə düşürən icra başçısına xəbərdarlıq olunub. Onun sentyabrın 26-da keçiriləcək referendumdan sonra vəzifəsindən kənarlaşdırılacağı gözlənilir. Artıq qeyri-rəsmi məlumatlandırılan icra başçısı çamadan ab-havasındadır. 

Onun bu illər ərzində Mingəçevirdə gördüyü işlərin nədən ibarət olduğunu bilmək çətin deyil, mətbuatda gedən yazılarla ekskursiya etmək kifayətdir. 

"İşıqlar şəhəri”ni "zülmətə qərq edən” Niyazi Bayramov qaranlıq işləri peşəkar maxinasiya əməliyyatçıları ilə birlikdə həyata keçirib, milyonlar müxtəlif şirkətlər hesabına qəhətə çıxarılıb. 

Politika.Az-ın xəbərinə görə, icra başçısının büdcə pullarının necə çırpışdırmasını ifşa edən şok rəqəmlər mediada çap olunub. 

Və Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən şəhərin sosial-iqtisadi inkişafına, o cümlədən abadlıq-quruculuq işlərinə ayrılan maliyyə vəsaitləri Mingəçeviri Parisə çevirə bilərdi. 

Mingəçevirə ayrılmış 2 milyon manat məbləğində vəsaitin hara xərcləndiyi bilinmir. Niyaz Bayramov Mingəçevir İcra Hakimiyyətinin yerləşdiyi yerin arxasındakı Dostluq parkının 400 kvadrat metrdən çox ərazisini dövlət hesabına təmir etdirib.

Daha sonra həmin ərazini öz şəxsi mülkiyyəti kimi sahibkarlara satıb. Parkın satılan ərazisində isə 30-dan artıq ağac məhv edilib. Niyazi Bayramov dövlət parkının 1 kvadratmetrini 250 manata sataraq, 100 min manat əldə edib.

Misal üçün, ötən il Mingəçevirdə yerləşən "Sahil” və "Heydər” parklarının təmirinə 1 milyon yarım manat vəsait ayrılmışdısa, həmin maliyyə vəsaitinin böyük hissəsi mənimsənilib. 

İcra başçısı "Lider Monolit MMC” ni yaxınların adına yazdıraraq əldə etdiyi vəsaiti onunla əlbir işləyən məmurlarla birlikdə bölüşdürüb. Bu faktlar görülən işlərin yarısıdır və daha çox uzatmaq olar. 

Politika.Az-ın məlumatına görə, N.Bayramov həm də qalmaqallarla gündəmdə olub. Ən son belə faktlardan biri icra başçısının xidməti maşınında bir qızın rəqs edərkən video görüntülərinin yayılmasıdır. Şəhər rəsmiləri bu fakta müxtəlif şərhlər verməyə çalışsa da, elektron mediada yayımlanan kadrlar danılmaz idi. 

Belə ki, Niyazi Bayramovun xidməti avtomobilinin saatda 180-lə hərəkət etdiyini əks etdirən video yayımlandı. Bu məsələ geniş əks- səda doğursa da Dövlət Yol Polisi İdarəsi bu məsələnin üstündən sükutla keçdi. 

Budəfəki kadrlarda isə Bakıda-Tbilisi prospektindən Dərnəgül istiqamətinə gedən yolda çəkilib. Mingəçevir şəhər icra başçısının xidməti avtomobilində, salonda qabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib. 

Politika.Az-ın əldə etdiyi məlumata görə, icra başçısının bu əməlləri mərkəzi dairələrin diqqətindən yayınmayıb və qudası olan nazir danlanıb. A.Rəhimov N.Bayramova görə pis vəziyyətdə qalıb və onu xilas etmək üçün çalışır. 

Qarşı tərəfi dinləməyə hazırıq...

Administratorla əlaqə

077 611-55-22

[email protected]