Dünya

Baş nazir açıqladı: “Referendum olmayacaq”

31-08-2016, 22:29
Böyük Britaniyanın Avropa Birliyinə üzvlüyü ilə bağlı keçirilən referendumdan başqa ikinci bir səsvermə olmayacaq.
 
Axar.az xəbər verir ki, bu haqda məlumatı Böyük Britaniyanın Baş nazirinin ofisi yayıb.
 
"Baş nazir referendumdan sonra təkrar seçkilərin keçirilməyəcəyini elan etmişdi. Növbədənkənar seçkilərə ehtiyac yoxdur”, – deyə paylaşmada deyilir.
 
Xatırladaq ki, Böyük Britaniyanın AB-dən çıxmasını dəstəkləyən referendumun nəticəsindən sonra AB-də qalmaq üçün yeni səsvermə keçirmək məsələsi gündəmə gəlmişdi.

 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]