Siyasət

38 YAŞINDA DİPLOM ALAN İCRA BAŞÇISININ MİLYONLUQ YEYİNTİSİ – PREZİDENTƏ BELƏ YALAN DANIŞIB RƏSMİ FAKTLAR

31-08-2016, 01:02
38 YAŞINDA DİPLOM ALAN İCRA BAŞÇISININ MİLYONLUQ YEYİNTİSİ – PREZİDENTƏ BELƏ YALAN DANIŞIB RƏSMİ FAKTLAR

Hesablama Palatası dövlət büdcəsindən 2013-2015-cı illərdə Biləsuvar rayon İcra Hakimiyyətinə (RİH) ayrılmış vəsaitlərinaudit yoxlanışında küllü miqdarda yeyinti aşkarlayıb.

Azərbaycanda ən çox ölkə rəhbərliyinə və mətbuata ünvanlanan şikayətlər arasında ön sıralarda olan Biləsuvar rayonu ilə bağlı Hesablama Palatası audit yoxlaması keçirib.

Xeberman.com xəbər verir ki, qurumun rəsmi açıqlamasında audit 9 tədbiri, o cümlədən beş məktəb və bir inzibati bina və iki yolun tikintisi, həmçinin "Biləsuvar rayonu ərazisində abadlıq və quruculuq işlərinin yerinə yetirilməsi” layihəsi üzrə ümumilikdə 31363,8 min manat məbləğində vəsaiti əhatə etdiyi qeyd olunub. Yoxlanışlar zamanı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan 5 tədbir vaxtında başa çatdırılmadığı ortaya çıxıb.

Araşdırmalar zamanı, tikintisi başa çatdırılmış məktəb binalarının istismara verilməsi üçün tərtib olunan dövlət qəbul komissiyasının aktlarından əvvəl işçi komissiyasının aktları tərtib olunmadığı, 4 obyekt üzrə son ödəmə texniki təminat müddəti nəzərə alınmadan həyata keçirildiyi qeyd olunub. Bir sıra hallarda sonradan üstü örtülən işlərin və məsul konstruksiyalarının qəbulu, su, istilik, qaz təchizatı və kanalizasiya sistemlərinin və s. sınaqları barədə müvafiq aktlar tərtib edilməyib, yerinə yetirilməyən bəzi tikinti-quraşdırma işləri qəbul aktlarına daxil edilib. Bir sıra hallarda müxtəlif mebel və inventarların podratçı təşkilat tərəfindən məktəblərə təhvil verilməsi tam təmin olunmayıb. 1 yanvar 2016-cı il tarixə başa çatdırılmamış kapital qoyuluş üzrə 1 obyektin dəyərinin, 10 obyekt üzrə isə kreditor borc məbləğinin mühasibat uçotunda və maliyyə hesabatlarında əks etdirilməyib.

Hesablama Palatası açıqlamasında nöqsanların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib.

38 yaşında diplom alan icra başçısının rəhbərlik etdiyi Biləsuvar

Maraqlı olan məqamlardan biri də bundan öncə də Hesablama Palatasının Biləsuvar Rayon İcra Hakimiyyətində dəfələrlə çoxlu sayda yeyintilərin olduğu və dövlət büdcəsinin bu rayonda talan edilməsi ilə bağlı məlumatlar yayımlamasıdır. Belə ki, 2015-ci ildə Hesablama Palatasının Kollegiyası nəzarət tədbirlərinin nəticələrində Biləsuvar Rayon İcra Hakimiyyətində tikinti üçün dövlət büdcəsindən ayrılan vəsaitlərinin xərclənməsində qanun pozuntuları aşkarlamışdı.

Buna səbəb isə icra başçısı Mahir Quliyevin tikinti işlərini özünə yaxın podratçı şirkətlərə verməsidir. Bu şirkətlərə ayrılan pulların böyük hissəsi icra başçısının özünə qayıtdığı üçün görülən işlər keyfiyyətsizliyi ilə diqqət çəkir. Səbəb isə icra başçısının "haqq”ını çatdıran şirkətin əlindəki pulla ucuz materiallar və ucuz işçi qüvvəsi işlədərək ortaya iş çıxartmağa çalışmasıdır.

Bundan başqa icra başçısı prezident İlham Əliyevin Biləsuvara hər səfəri zamanı məktəblərin və tikintisi başa çatan obyektlərin ən yaxşı materiallarla tikildiyini söyləyirmiş. O prezidentə binaların uzun müddət davamiyyəti olduğunu da deyirmiş. Ancaq Hesablama Palatasının araşdırması M.Quliyevin prezidentə verdiyi məlumatlarda çoxlu sayda yalanlar danışdığını ortaya çıxardıb.

Onu da qeyd edək ki, bir çox KİV-lərdə əslən Kəlbəcər rayonundan olan Mahir Quliyevin 2000-ci ildə (39 yaşında) "Naxçıvan” universitetini bitirərək diplom aldığı yazılıb. Bundan öncə isə icra başçısının ali təhsili olmadığı və onun restoran işlətdiyi qeyd olunub.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]