Kriminal

Ərəb turistlər İsmayıllıda qəzaya uğrayıb – VİDEO

30-08-2016, 20:02
Ərəb turistlər İsmayıllıda qəzaya uğrayıb – VİDEO

Azərbaycanda ərəb turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Turistlər Qəbələ rayonundan Bakıya qayıdırmış.

Xeberman.com xəbər verir ki, Trend-in məlumatına görə, hadisə avqustun 29-da axşam saatlarında baş verib.

Qəbələdən Bakıya gələn "Hyundai” markalı mikroavtobusun sürücüsü İsmayıllı rayonu ərazisində idarəetməni itirib və avtobus aşıb. Hadisə nəticəsində avtobusda olan 18 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıb. 

Məlumata əsasən, müraciət edənlərdən 10 nəfər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, 6 nəfər isə xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həmin 6 yaralı - Əhməd Nasir, Rəvan Hüseyn, Abbas Yusif, Ömər Xalid, Rəvan Əsir və Fatimə Əsir avqustun 30-da günorta saatlarında xəstəxanadan köçürülüb. Turistlərdən iki nəfər xəstəxanada dünyasını dəyişib.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]