Kriminal

Siyəzəndə maşın aşıb, 3 nəfər xəsarət alıb

2-10-2016, 22:43
Bu gün axşam saatlarında Siyəzəndə yol nəqliyyat hadisəsi baş verib.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba yolunun 84-cü km-də qeydə alınıb.
 
"Kia Ria” markalı maşının aşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regionla Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar Bakı şəhər sakinləri 1976-cı il təvəllüdlü Əsədova Vəsilə Fərhad qızı, 2008-ci il təvəllüdlü Əsədi Həsən Zaur oğlu və 2005-ci il təvəllüdlü Məmmədli Şamil Eldəniz oğludur.  Qəzaya səbəb maşının təkərinin yolda olan çuxura düşərək partlaması olub.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]