Ölkə

F. Fərəməzoğlunun Baş Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) alay komandiri Rəşadət Babayevin sifarişi əsasında şərlənərək həbs olunub.

29-08-2016, 15:25
F. Fərəməzoğlunun Baş Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) alay komandiri Rəşadət Babayevin sifarişi əsasında şərlənərək həbs olunub.Jam.az (Jurnalist Araşdırma Mərkəzi) saytnın həbsdə olan baş redaktoru, jurnalist Fikrət Fərəməzoğlunun həbsi ilə bağlı yeni məlumatlar var. Onu Rəşadət Babayeb tutdurub!!!

Jurnalistin yaxınlarından bizə verilən məlumatlarda vurğulanır ki, iyunun 30-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəmmalı şəkildə həbs olunan Fikrət Fərəməzoğlunun hansı çinli məmurun sifarişi əsasında şərlənərək həbs edilməsi atrıq bəllidir. Yaxınları F. Fərəməzoğlunun Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) alay komandiri Rəşadət Babayevin sifarişi əsasında şərlənərək həbs olunduğunu deyir. 
Sonolay.org –da bu ittihamların ciddiliyini nəzərə alıb Jam.az saytı üzərində bir neçə araşdırma aparıb. Məlum olub ki, Fikrət Fərəməzoğlu həbs olunmamışdan bir gün öncə (29.06.2016 –cı il tarixində) rəhbəri olduğu Jam.az saytında «BŞDYPİ-nin «fenomen» adamı: RƏŞADƏT BABAYEV» Və yaxudda «250 min manatlıq «besedka»da dincələn Bakı Alayının rəisi «sərxoş sürücü» biznesinin başında dayanır» başlıqlı yazı dərc edib. Ertəsi gün isə DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin mülki geyimli əməkdaşları tərəfindən həbs edilib. 
Qeyq edək ki, Fikrət Fərəməzoğlunun həbs edilməsinə səbəb Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini «Antaliya» Mehman kimi tanına şəxsdən pul tələb etməsi iddia olunsada, (hərçəndki buna dair əldə heç bir sübut və əməliyat çəkilişi yoxdur)yalnız bu işin əsil sifarişçisi Bakı Alayının rəisi Rəşadət Babyevin olduğu deyilir. 

Qeyd edək ki, 29.06.2016-ci il tarixində JAM.az saytı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində (BŞDYPİ) «sərxoş sürücü» biznesinin mövcud olduğu, il ərzində milyonlarla manat pul qazanıldığı barədə tənqidi yazı dərc edib. Sayt həmin yazıda Alkoqol Sərxoşluğunun Müayinə Məntəqəsinin statistikası ilə BŞDYPİ-nin açıqladağı rəqəmlər arasında təxminən 70 faizlik fərq olduğunu da qeyd edib. 

Hətta JAM.AZ məsələ ilə bağlı araşdırlama yazısında «sərxoş sürücü» biznesi ideyasının müəllifi Bakı Alayının rəisi Rəşadət Babayevi bu sahədə «fenomen» adlandırıb.
Həmin yazılarda qeyd olunub ki, «Sərxoş sürücü» biznesinin formalaşdırılması, araya-ərsəyə gətirilməsi, habelə qazanc yerinə çevrilməsi də Rəşadət Babayevlə bağlıdır. Onun ən incə detallarına qədər hazırlayıb, ortaya çıxaraq bu şəxsin sayəsində bu gün BŞDYPİ rəhbərliyi il ərzində milyonlara sahib olur. Elə Rəşadət Babayevin özünü də kasıb saymaq ağılsızlıq olardı. Çünki onun da imkanları həddindən artıq böyükdür. 

Sayt Bakı Alayının rəisi Rəşadət Babayevin maliyyə imkanlarının həddindən artıq böyük olmasından, eləcə də bağ evlərindən birində 250 min manata başa gələn «besedka» məsələsinə də toxanıb. 

"Babayevin «besedka»sının bu qədər baha olmasının səbəbi istifadə olunmuş materallarla bağlıdır. Belə ki, həmin istirahət guşəsinin söykənəcəkləri, tutacaqları və bəzi yerləri qızıldan hazırlanıb. Bəzi hissələri qızıldan olmasa da, qızıl suyuna salınıb. Aylın əmək haqqısı 1000-2000 manat aralığında dəyişən Alay komandirinin bu qədər geniş maddi imkanlara sahib olmasının səbəblərini izah etməyə isə gərək yoxdur».

Sonolay.org-a verilən məlumatlarda bildirilir ki, məhz elə bu yazının səhərisi gün Fikrət Fərəməzoğlu həbs edilib. O, hələdə bu günə qədər həbsdədir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]