Gündəm
Fikrət Fərəməzoğlu barəsində həbs qətimkan tədbiri seçilib
4-07-2016, 18:58
Xeberman.com saytının verdiy məlumata görə, bu barədə APA-ya vəkil Nemət Kərimli məlumat verib.
Onun sözlərinə görə, iyulun 2-də Nərimanov rayon Məhkəməsində F. Fərəməzoğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Jurnalist Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmədə) maddəsi ilə təqsirləndirilir: «Əldə etdiyimiz məlumata görə, jurnalist Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Lakin bu barədə heç bir rəsmi məlumat verilmir. Böyük ehtimalla o bu gün istintaq təcridxanasına köçürüləcək».
Qeyd edək ki, F. Fərəməzoğludan iyunun 30-dan bəri heç bir xəbər yox idi.