Dünya

İsrail hərbçiləri İordan çayının qərb sahilində 11 fələstinlini həbs edib

28-08-2016, 19:53
srail hərbçiləri İordan çayının qərb sahilində 11 fələstinlini həbs edib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Məlumata görə, onlar İsrail ordusunun Beytullahim və Əl-Xəlil şəhərlərində keçirdiyi reydlər zamanı saxlanılıblar.

Həbs edilənlər İsrail əleyhinə aksiyalarda iştirakda ittiham olunurlar. Fələstinlilərin istintaqı davam edir.

Hüquq-müdafiəçilərinin sözlərinə görə, hazırda İsrail həbsxanalarında 7 minə yaxın fələstinli cəza çəkir.  

Administratorla əlaqə

077 611-55-22

[email protected]