Dünya

İndoneziyada kilsədə partlayış baş verib, yaralananlar var

28-08-2016, 13:57
Naməlum şəxs İndoneziyanın Şimali Sumatra əyalətinin inzibati mərkəzi Medan şəhərindəki katolik kilsəsində moizə zamanı partlayıcı qurğunu işə salıb.

"Report"un məlumatına görə, bu barədə "ANTARA" agentliyi xəbər yayıb.

Məlumata görə, partlayış zamanl pastor və yaraqlının özü xəsarət alıb.

Hazırda ətraf ərazi mühasirəyə alınıb, polis kilsədə axtarış aparır.
Şahidlərin ifadələrinə görə, partlayıcı qurğunu işə salan İŞİD terror qruplaşmasının üzvü olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]