Dünya

İndoneziyada 7, 9 ballıq zəlzələ - Ölənlər var

3-03-2016, 14:30

İndoneziyanın cənub- qərbində 7,9 bal gücündə zəlzələ olub.

«Qafqazinfo» xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Sumatra adasında Padanq şəhərindən 800 km cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Ölkədə sunami təhlükəsi elan olunub.

ABŞ-ın Geoloji Xidməti zəlzələnin maqnitudasını əvvəlcə 8, 2, sonra 8, 1 daha sonra isə 7, 9 olaraq müəyyən edib.

Dağıntı və insan tələfatı haqda hələ ki, məlumat yoxdur.

***

İndoneziyada zəlzələ nəticəsində ölənlərin olduğu bildirilir. Bu barədə xilasetmə xidmətinin əməkdaşı söyləyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]