İdman

Millimiz Peterburqda ilk məşqinə çıxdı

3-01-2016, 10:20
Millimiz Peterburqda ilk məşqinə çıxdı

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş futbol üzrə XXVIII ənənəvi beynəlxalq turnirdə yarışacaq Azərbaycan millisi Sankt-Peterburqda ilk məşqinə çıxıb.


Axar.az xəbər verir ki, "Zenit” İdman Oyunları Sarayında baş tutan hazırlıq prosesi yerli vaxtla 18:00-da start götürüb. Məşq 1 saat davam edib. Hazırlıq prosində 19 futbolçu iştirak edib.


Xatırladaq ki, millimiz turnirdəki ilk oyununu yanvarın 4-də Latviya millisinə qarşı keçirəcək.


Administratorla əlaqə

077 611-55-22

[email protected]