Ölkə

Cəlilabad Hərbi Komisarından şikayət var

1-09-2016, 18:04
Cəlilabad Hərbi Komisarından şikayət varTeref.info olaraq Facebook-un Cəlilabadım qrupunda yayımlanan Cəlilabad Səfərbərlik və Hərbi xidmətə çağırış şöbəsinin rəisi polkovnik Həsrət İsmayılovdan şikayət məktubunu sizə təqdim edirik: 

Bu dəfə Hərbi Komissar, polkovnik Həsrət İsmayılov haqqında qısa yazım.

Deməli Həsrət müəllim, vəzifəyə yeni təyin olunduqdan sonra əsgərliyə getməyib, hərbi bilet almaq istəyənlərdən 2500 azn alırdı. Kifayət qədərdə müştərisi var idi, işləri yaxşı gedirdi.

Amma Həsrət müəllim bununla kifayətlənmədi. Aprel ayında düşmənlə müharibə getdiyi vaxtlardan etibarən, yaranmış vəziyyətdən Həsrət müəllim ustalıqca istifadə edə bildi. Qiymətləri düz 500 manat qaldırdı.

Məndə sual yaranır, müharibə və səfərbərlik başlasa Həsrət müəllim qiymətləri neçəyə qaldıracaq?
Cəlilabadım.
Teref.info olaraq onuda qeyd etmək istəyirik ki, bu polkovnik Həsrət İsmayılov barədə birinci şikayət deyil Bir qədər əvvəl xəstə uşaqları pul vermədiyi üçün cənab komisarın əskərliyə yolladığı haqda Cəlilabad sakini Mahir Məmmədov bizə göndərdiyi şikayət materialı Teref.info-da getmişdi.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!

Administratorla əlaqə

077 611-55-22

[email protected]