Əsas Səhifə / Ölkə

Sabaha olan HAVA PROQNOZU

22-08-2016, 14:01

Sabaha olan HAVA PROQNOZU
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 
Xeberman.com -a verilən məlumata görə, şimal küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı proqnozlaşdırılır.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-25, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 55-65%, gündüz 25-35% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 35-40 dərəcə, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]