Əsas Səhifə / Xəbərlər

Avqustun 16-a olan hava proqnozu

15-08-2016, 13:21

Avqustun 16-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə məlumat Xeberman.com -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometerologiya Departamentindən verilib.

Verilən məlumata görə, Bakı və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə yarımadada 20-24, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 30-40% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]