Əsas Səhifə / Ölkə

İş günü hava küləkli olacaq

14-08-2016, 14:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Xeberman.com -a verilən məlumata görə, şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 23-27 dərəcə isti, gündüz 29-34 dərəcə isti, Bakıda gecə  24-26 dərəcə isti, gündüz  30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 755 mm  civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 25-45 % təşkil edəcək.       

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda  28-29 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]