Siyasət

Daşkəsən rəhbərliyinin hesabatı faş oldu - Ekspert

18-08-2016, 23:38
"Daşkəsən Azərbaycanda əlverişli turizm potensialına malik rayonlarından biridir. Ölkənin dəmir filiz, qızıl və mərmər yataqları da bu rayondadır. Böyük meşə ehtiyatları var. Bu qədər təbii resursun müqabilində rayonda əhali üçün yaradılan sosial-iqtisadi şərait fəlakətdir” 

Politika.Az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Rövşən Ağayev söyləyib. 

Ekspert statistik rəqəmlərə diqqət çəkib və Daşkəsən rayon İcra Hakimiyyətini ifşa edib:

"49 yaşayış məntəqəsindən cəmi 4-ü (8.2%) qazlaşdırılıb. Ev təsərüfatlarının 35%-dən də azı təbii qazdan istifadə edə bilir. 
Nəzərə alaq ki, rayon əhalisinin 44%-i rayon mərkəzində yaşayır. Deməli rayon mərkəzində olan ev təsərrüfatlarını nəzərə almasaq, kənd əhalisinin təxminən 20%-nin təbii qazla təminatı var”.

İqtisadçı onu da qeyd edib ki, ev təsərrüfatlarının 30%-nin içməli su təminatı var: "Rayon mərkəzində olan ev təsərrüfatlarını nəzərə almasaq, kənd əhalisinin təxminən 16-17%-nin içməli su təminatı var. 

Rayon ərazisində olan 44 ümumtəhsil məktəbindən təxminən yarısının ya yenidən tikintisinə (6 məktəb) və ya da əsaslı təmirinə (14 məktəb ) ehtiyac var. Bunlar hələ rəsmi rəqəmlərdi. Görün reallıqda durum necədir. 12 illik fasiləsiz regional inkişaf proqramının icrasından sonra durum belədir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]