Dünya

Avropalı diplomatlar İranda həbs edilib? Перейти

18-08-2016, 07:10
İranın qərbindəki Saqqız şəhərində fransız və ingilis diplomat saxlanılıb.
 
Axar.az "Mehr” agentliyinə istinadən xəbər verir ki, hadisə avqustun 13-də baş verib.
 
Agentliyinin kəşfiyyat xidmətlərindən əldə etdiyi məlumata görə, avtomobildəki şəxslər hərbi bölgəni videoya alarkən saxlanılıb. Daha sonra onlar qaçmağa cəhd göstərib. 3 nəzarət məntəqəsini keçdikdən sonra diplomatlar təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
 
Avtomobilə baxış zamanı şübhəli şəxslərin Fransanın İrandakı diplomatik attaşesi Sebastian Surun və İngiltərənin Tehran səfirliyininin ikinci müşaviri olduğu aydınlaşıb.
 
Onların bölgədə səyahət etmək üçün müvafiq icazəsi olmayıb.
 
İran Xarici İşlər Nazirliyi isə diplomatların həbs edilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
 
Xatırladaq ki, dünən "Tasnim” agentliyi İranda Britaniya xüsusi xidmət orqanlarına işləyən casus yaxalandığını açıqlayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]