Dünya

İranda parlament seçkiləri başlayıb

26-02-2016, 19:04
İranda parlament seçkiləri başlayıb

İranda onuncu çağırış parlamentə (İran İslami Məşvərət Məclisi) ümümxalq seçkiləri başlayıb. 

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, parlament seçkilərində 290 deputat yeri uğrunda 5 minə yaxın namizəd mübarizə aparacaq.

İran parlamentinin ölkənin xarici siyasətinə mühüm təsiri var, amma bu siyasətdə yenə də son söz ölkənin ali lideri Əyatullah Əli Xameneiyə məxsusdur.

Bununla yanaşı, xüsusi dövlət orqanı olan İranın Ekspertlər Şurasının 5-ci tərkibi üçün də seçkilər başlayıb.

Ekspertlər Şurasına islam hüququna dair biliklərə malik 88 din xadimi daxildir. Məhz onlar fövqəladə hallarda öz heyətlərindən ölkənin ali liderini seçmə hüququna malikdirlər.

Daha öncə Əyatullah Xameneinin nəvəsinin seçkilərə qədər İranın Ekspertlər Şurasına buraxılmadığı barədə məlumat yayılmışdı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]