İqtisadiyyat

Banklarda dollar satışına məhdudiyyət – CƏDVƏL

18-08-2016, 04:59
Banklarda dollar satışına məhdudiyyət – CƏDVƏL

Banklara dollar satışı ilə bağlı yeni məhdudiyyət qoyulub. 

Xeberman.com xəbər verir ki, Sumqayıt sakinlərindən fins.az-a daxil olan məlumata görə, bu gün nahardan sonra "AGBank” və "Bank Respublika”nın filiallarında dolların satışı dayandırılıb.  

Maliyyə bazarından əldə etdiyimiz məlumata görə, artıq bir həftədir banklar bu məhdudiyyəti tətbiq etmək məcburiyyətindədirlər.

Məhdudiyyətin tətbiqi maliyyə bazarında dollara təlabatın kəskin artmasıdır.  Məlumatda bildirilib ki, hətta Mərkəzi Bank bankların dollar olan tələbatını ödəyə bilmir.

Mənbə bildirib ki, indi bir nəfər şəxsiyyət vəsiqəsini təqdim etməklə 300 dollara qədər ala bilər. İndiyə qədər isə bu rəqəm 500 dollar idi.

Qeyd edək ki, dünən Dövlət Neft Fondu növbəti dəfə hərracda banklara 50 milyon dollar satıb. Mütəxəssislər isə bildiriblər ki, bu, bankların tələbindən dəfələrlə azdır. Hərracda bankların dollara olan tələbatı 600 milyon olub.

Dollara olan təlabatı az da olsa ödəməyə çalışan banklar xarici valyutanı əhalidən cəlb etməyə çalışır. Belə ki, onlar əhalidən dollar almaq üçün valyutanın alış kursunu artırıblar. Bu gün banklarda dolların alış qiyməti 1,60-1,66 arasında dəyişib.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]