Kriminal

Məşhur narkobaronun oğlu qaçırıldı

18-08-2016, 02:10
El Çapo ləqəbli meksikalı narkobaron Xuakin Quzmanın oğlu Sakit okean sahillərində oğurlanıb. 
 
Axar.az xəbər verir ki, Quzman və kartelin digər üzvləri Meksikanın qərbindəki Puerto Vallarta şəhərindəki restorana silahlı basqın zamanı qaçırılıb.
 
Xalisqo polisi 29 yaşlı Cesus Alfredo Quzmanın rəqibi Sinalo kartelinin 6 üzvü tərəfindən qaçırıldığını deyib.  
 
Qeyd edək ki, C.Alfredonun adı narkotik satışına görə ABŞ-da axtarışda olan cinayətkarlar siyahısındadır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]