Gündəm
ABŞ bu təşkilatdan çıxır
23-01-2017, 00:46
ABŞ Sakit okean tərəfdaşlığı ticarət razılaşmasından çıxacaq.
Axar.az xəbər verir ki, bu barədə informasiya ABŞ yeni hökumətinin Ağ Evin rəsmi saytında yerləşdirdiyi proqramda yer alıb. Vaşinqton Şimali Amerika azad ticarət zonası haqqında müqaviləyə də yenidən baxacaq. Ölkənin bu müqavilədən də çıxacağı güman olunur. Proqramda həmçinin ABŞ-ın ticarət razılaşmalarını pozan ölkəyə qarşı bütün vasitələrdən istifadə ediləcəyi bildirilib.