Ölkə

Bakının bir hissəsində qaz olmayacaq

18-01-2017, 22:35

SOCAR-dan Xeberman.com -a verilən məlumata görə, yanvarın 19-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin balansında olan "Pirallahı-Qala” qaz kəmərinin müəyyən hissəsində təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Pirallahı rayonunun Pirallahı qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]