Əsas Səhifə / İdman

Xetaq Qazyumov gümüş medalla başa vurub – FOTO

21-08-2016, 23:58

Xetaq Qazyumov  gümüş medalla başa vurub – FOTO97 kq. çəki dərəcəsində çıxış edən dünya və üçqat Avropa çempionunun rəqibi amerikalı Kyle Frederick Snyder olub.

O, amerikalı rəqibinə 2:1 hesabı ilə məğlub olub.

18:08

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Xetaq Qazyumov medal uğrunda növbəti görüşünə çıxıb.

Xeberman.com Oxu.Az -a istinadən xəbər verir ki, Xetaq Qazyumovun rəqibi ukraynalı Valeriy Andreytsev olub.

Beləliklə Xetaq Qazyumov 11-0 xalla rəqibinə qalib gələrək finala yüksəldi.

17:38

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Xetaq Qazyumov medal uğrunda növbəti görüşünə çıxıb.

Xeberman.com  Oxu.Az  -a istinadən xəbər verir ki, Xetaq Qazyumov rəqibi özbəkistanlı Məhəmməd İbrahimov olub.

Beləliklə Xetaq Qazyumov yarımfinala yüksəldi.

 

16:51

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Xetaq Qazyumov 1/4 final görüşünə çıxıb.

Oxu.Az xəbər verir ki, Xetaq Qazyumov rəqibi iranlı Məhəmməd Əli Reza Yazdani olub.

Birinci hissə Azərbaycan güləşçisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissədə Xetaq Qazyumov rəqibə 1 xal verib. 

15:38

Bu gün sərbəst güləşçimiz Xetaq Qazyumov mübarizəyə başlayıb.

Xeberman.com Oxu.Az -a istinadən  xəbər verir ki, ilk olaraq dünya və üçqat Avropa çempionu, Avropa Oyunlarının qalibi Xetaq Qazyumov xalça üzərinə çıxıb.

97 kq çəki dərəcəsində çıxış edəcək 33 yaşlı atletimizin onaltıdabir finaldakı rəqibi polşalı Radoslav Baran olub. 

Xetaq Qazyumov rəqibinə 3-0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə keçib.
Xetaq Qazyumov  gümüş medalla başa vurub – FOTO
Xetaq Qazyumov  gümüş medalla başa vurub – FOTO
Xetaq Qazyumov  gümüş medalla başa vurub – FOTO
Xetaq Qazyumov  gümüş medalla başa vurub – FOTO

Administratorla əlaqə

077 611-55-22

[email protected]