Xəzərdə Rusiya gəmisi yanır - YENİLƏNİB
Xəzər dənizində yanan gəmidə olan 18 nəfər yaxınlıqda olan gəmi tərəfindən təxliyə edilib.
Xeberman.com xəbər verir ki, bu barədə RİA Novosti-yə şənbə günü FHN Cənubi regional mərkəzindən bildiriblər.
FHN-in nümayəndəsinin sözlərinə görə, hadisə Xəzər dənizində Türkmənistan ərazi sularında Həştərxanın 800 km-də baş verib.
"Gəmi boşdur. Göyərtədə 18 nəfər heyət üzvü var, onların hamısı yaxınlıqda üzən gəmi tərəfindən təxliyə edilib”, - agentliyin həmsöhbəti deyib.
"Hazırlıqlar başa çatdıqdan sonra Rostovdan FHN Cənubi aviasiya-xilasetmə mərkəzindən Be-200 təyyarəsi havaya qalxacaq”, - FHN nümayəndəsi bildirib.
Daha öncə təcili xidmətlərdəki mənbə RİA Novosti-yə yanğın nəticəsində bir nəfərin öldüyü barədə məlumat vermişdi.
11.34
Hadisə yerinə FHN-in helikopterləri və gəmisi cəlb olunub.
Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2” gəmisində yanğın baş verib.
Xeberman.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5” gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.
Əlavə məlumat veriləcək.