İdman

Dünya mediası tarix yazan bu qadından danışır...

14-08-2016, 05:20
Rio Olimpiya oyunlarında ölkəsini təbliğ edən 22 yaşlı Kəriman Əbdülcadayelə sosial mediadan dəstək gəlib.   

Axar.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı tarixində ilkə imza ataraq olimpiyaya qatılan ilk sprinter qadın olub. Yarışı 7-ci pillədə başa vurmasına baxmayaraq, bütün dünyada idmansevərlər ona müsbət reaksiya göstəriblər.  

 Onun kimi idmansevərlərin diqqətini cəlb edən digər idmançı isə əfqanıstanlı qadın atlet Kamia Yousufi olub. Onların hər ikisi yarışda hicabda və bədənləri qapalı yarışıb. Əfqanıstanlı atlet isə yarışı sonuncu olaraq başa vurub.   Qeyd edək ki, Rio Olimpiya oyunlarında buna bənzər hadisə əvvəlki günlərdə də yaşanıb. Misir və Almaniyanın voleybol qarşılaşması zamanı misirli qadının bütün bədənini örtən geyimdə yarışması dünya mediasının əsas mövzusu olmuşdu.

Administratorla əlaqə

077 611-55-22

[email protected]