İdman

Olimpiya oyunlarında qaçqınlardan ibarət komanda da iştirak edəcək

29-01-2016, 14:15
Olimpiya oyunlarında qaçqınlardan ibarət komanda da iştirak edəcək
5-10 nəfərlik qaçqın və miqrantlardan ibarət idman komandası Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax məlumat verib.

Prezidentin sözlərinə görə, belə bir qərar qaçqınlara dəstək göstərmək üçün qəbul edilib. Bax bildirib ki, bu idmançıların onlara kömək edə biləcək öz olimpiya komitələri, vətənləri, milli bayraqları, himnləri yoxdur.

Bax güman edir ki, komanda kiçik olacaq. Onların hansı idman növlərində çıxış edə biləcəkləri hələ ki, məlum deyil.("Report")

Administratorla əlaqə

077 611-55-22

[email protected]