Dünya

Neft zavodunda partlayış

13-08-2016, 22:53
ABŞ-ın Texas ştatının cənub-şərqində yerləşən Sunoko neft zavodunda böyük yanğın baş verib.
 
Axar.az CNN-ə istinadən xəbər verir ki, baş verən yanğın nəticəsində ən azı 7 nəfər müxtəlif bədən xəsarəti alıb.
 
Verilən məlumata görə, onlardan dördü təcili yardım maşını ilə, ağır vəziyyətdə olan digər üç nəfər isə helikopter vasitəsilə xəstəxanaya çatdırılıb.
 
Hazırda hadisənin səbəbləri araşdırılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]