Ölkə

Müdafiə Sənayesi Nazirliyinin silah zavodunda güclü partlayış: ölən və yaralananlar var - YENİLƏNİR, FOTOLAR, VİDEO

26-07-2016, 16:49
Müdafiə Sənayesi Nazirliyinin silah zavodunda güclü partlayış: ölən və yaralananlar var - YENİLƏNİR, FOTOLAR, VİDEO
Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 6 yaralı gətirilib.

Bu barədə "Report”un bölgə müxbirinə xəstəxanadan məlumat verilib.


******

Müdafiə Sənayesi Nazirliyindən "Report”a bildirilib ki, hadisə barədə nazirlikdə məlumat var: "Hazırda bununla bağlı araşdırma aparılır”.

Xəbərdə hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

"Report”un bölgə müxbiri isə bildirir ki, artıq hadisə yerinə xeyli sayda təcili tibbi yardım avtomobili cəlb olunub.

16:11

*****

Bu dəqiqələrdə musavat.com-a daxil olan məlumata görə, Şirvan şəhərində güclü partlayışla müşayiət olunan yanğın baş verib. 

Yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda dəhşətli partlayış olub.

Deyilənə görə bu zavodda silah-sursat istehsal olunur.

Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil. 

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Yaxın dəqiqələrdə həm hadisə ilə bağlı əlavə məlumat əldə etməyə çalışacağıq, həm də olaya aid video və foto görüntülər yayacağıq.

Xatırladaq ki, ötən il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən partlayış baş vermişdi. 

Partlayış baş verən hər iki zavod hərbi təyinatlıdı. 



Administratorla əlaqə

077 611-55-22

[email protected]