Dünya

Tramp: “Dünyada xaosu yaradanlar...”

10-08-2016, 04:20
Mənə açıq tənqidi məktub yazan siyasətçilər öz fəaliyyətləri ilə müasir dünyamızdakı vəziyyəti destabilləşdiriblər.
 
Xeberman.com xəbər verir ki, bunu öz seçiciləri qarşısında çıxışı zamanı ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp söyləyib. Onun sözlərinə görə, Amerika xalqı məhz bu insanlardan dünyadakı xaosun səbəbini soruşmalıdır:
 
"Biz onlara minnətdar olmalıyıq ki, özlərini büruzə veriblər. İndi bizim ölkədə hər kəs bilir ki, dünyamızın təhlükəli məkana çevrilməsində günahkar kimdir. Onlar hərəkətlərinə görə cavab verməlidirlər”.
 
Qeyd edək ki, bundan öncə Trampa 50 məşhur respublikaçı siyasətçi açıq tənqidi məktub ünvanlayıb. Məktuba imza atanlar arasında Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəisi Maykl Heyden, Dövlət katibinin eks-müavini Con Neqroponte, Dünya Bankının keçmiş prezidenti Robert Zellik, keçmiş milli təhlükəsizlik naziri Maykl Çertof da olub

Administratorla əlaqə

077 611-55-22

[email protected]