Maraqlı

Obamadan “Miss Azərbaycan” zarafatı (VİDEO)

1-05-2016, 21:28
ABŞ prezidenti Barak Obama Ağ Ev müxbirlərinin təşkil etdiyi nahardakı çıxışı zamanı bir neçə siyasətçiyə sataşıb.

Bu, onun prezident kimi ənənəvi tədbirdə sonuncu iştirakıdır.

Nahar ABŞ prezidentinə özü, müttəfiqləri və rəqibləri ilə bağlı zarafat etmək şansı verir.

Keçən illərdə olduğu kimi, ABŞ prezidentliyinə Respublikaçı namizəd olan Donald Tramp zarafat hədəfi olub.

Lakin Tramp tədbirdə iştirak etməyib.

"Respublikaçılar inana bilmirlər ki, o [Tramp] onların ən şanslı namizədidir. Onlar iddia edirlər ki, Donaldın prezident olmaq üçün kifayət qədər xarici siyasət təcrübəsi yoxdur. Lakin ədalət naminə deyək ki, o, illər boyu dünyanın müxtəlif yerlərindən liderlərlə görüşüb: Miss İsveç, Miss Argentina, Miss Azərbaycan”.

"Bu şam məclisi Donald üçün çox kasıbdır? Görəsən bura gəlmək əvəzinə indi o nə işlə məşğuldur? Evdə oturub qızardılmış Tramp langeti yeyir? Angela Merkelə təhqiredici tvitlər göndərir? Nə işlə məşğuldur o?”

Obamanın dramatik çıxışı ayaqda alqışlarla qarşılanıb.

Tədbirdə jurnalistlər, siyasətçilər, film və televiziya ulduzları iştirak edib. /BBC/

Administratorla əlaqə

077 611-55-22

[email protected]