Kriminal

Şamaxıda 28 yaşlı qadın intihar etdi

21-01-2016, 12:28
1988-ci il təvəllüdlü qadın sirkə turşusu içərək dünyasını dəyişib

APA-nın xəbərinə görə Şamaxı rayonunda intihar hadisəsi baş verib. Hadisə rayonun Kür-Araz qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1988-ci il təvəllüdlü Xəlilova Ülviyyə Mayıl qızı yaşadığı evdə sirkə turşusu içərək intihar edib.

Ü.Xəlilova ağır vəziyyətdə Şamaxı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Orada vəziyyəti daha da ağırlaşan Ü.Xəlilova təcili yardım avtomobili ilə müalicə üçün Bakıya aparılıb.

Qadın Bakıdakı xəstəxanalardan birində dünyasını dəyişib. İntiharın səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]