İdman

Rio-2016: Boksçu Rüfət Hüseynov məğlub olub

7-08-2016, 07:31
Rio-2016-da bu gün kişi boksçuların yarışlarına start verilib. Xeberman.com saytının məlumatına görə, Olimpiadaya tam heyətlə yollanan yığmamızın heyətində ilk gündə Rüfət Hüseynov debüt edib.
 
49 kq çəki dərəcəsində rinqə çıxan həmyerlimiz ilk döyüşünü Matias Hamunyelaya (Nambiya) qarşı keçirib. Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında çempion olan Hüseynov görüşü məğlubiyyətlə başa vurub. O, hər üç raundda rəqibindən zəif olub - 28:29, 28:29, 27:30.
 
Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]