" ASAN İmza" sertifikatları yenilənməlidir
Nazirliyin Analitik – informasiya şöbəsindən Xeberman.com -a verilən məlumata görə, "Asan İmza" sertifikatının qüvvədə olma müddəti 3 il olduğundan 2013-cü ilin avqust və növbəti aylarında alınmış sertifikatların etibarlıq müddəti 2016-cı ilin avqust və növbəti aylarında bitəcək. "Asan İmza" sertifikatının yenisini almaq istəyənlər qüvvədə olan "ASAN imza" vasitəsi iləwww.asxm.gov.az/portal/loginportalına daxil olub müvafiq ərizəni, müqaviləni və etibarnamələri imzaladıqdan sonra "ASAN imza" sim kartını dəyişərək vergi ödəyicilərinə xidmət mərkəzlərinə və "ASAN xidmət" mərkəzlərinə yaxınlaşa bilərlər.
Vətəndaşların "ASAN İmza" ilə əlaqədar əlavə suallar yaranarsa, Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə, rəsmi internet saytının "Sual-cavab” bölməsinə (www.taxes.gov.az/www.taxes/faq/sual.html) vəwww.asxm.gov.azinternet ünvanına müraciət edə bilərlər.