Media

ANS TV-nin bazasında ASAN TV və Mir Şahinin yeni vəzifəsi

7-08-2016, 14:54
ANS TV-nin bazasında yeni televiziya kanalının açılması nəzərədə tutulur 

Daxil olan məlumata görə, uzun müddətdir müzakirə edilən və açılmasına qərar verilən ASAN TV ANS TV-nin texniki bazası üstündə qurulacaq. Xəbərdə vurğulanır ki, ANS bir daha açılmayacaq və onun bütün texnikası satın alınaraq, ASAN TV-nin binasında quraşdırılacaq.

Həmçinin ASAN TV-nin ANS-in yaradıcı personalını tam heyətlə işə dəvət edəcəyi də gözlənilir. İddia edilir ki, hakimiyyət 500-dən artıq jurnalistin ANS-in bağlanması ilə işsiz qalmasında maraqlı deyil və bu peşəkar heyəti tam tərkibdə yeni kanalda işlə təmin etməyi hədəfləyir.

ANS-in vitse-prezidenti, məşhur jurnalist Mir Şahin Ağayevə də ASAN TV-də yüksək vəzifə veriləcəyi bildirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]