90 ' ların ACAPELLASI - ÖZƏL MÜSAHİBƏ FOTO - VİDEO
İlk
əvvəl qrupla əlaqədar məlumat verərdiniz?
Əslində bizim bir araya gəlib musiqi bəstələmək macəramız Sesversus'un quruluşundan əvvələ söykənir.
Hamımız TRT Ankara çoxsəsli Gənclik
xorunda bir-birimizi tanıdıq, Seval IRMAK və Feruzan ESMƏRGÜL müəllimlərimizdən təhsil alarkən bir tərəfdən də musiqinin
ağlasığmaz birləşdirici ruhunu və gücünü aldıq. İllərcə yan yana mahnı oxuyub
yaxın yoldaş da olduqdan sonra 2011-ci ildə acapella musiqisinə özümüz də bir
şeylər qatmaq istədik və Sesversus'u qurduq. Sesversus Vokal Birliyi olaraq
Türkiyənin nüfuzlu xor festivallarında iştirak alma qürurunu yaşadıq və irəliləyən
zamanlarda da layihə əsaslı müxtəlif işlərimiz oldu. Öz tənzimləmə işlərimizi
etməyə başladıqdan sonra səsimizi hər kəsə eşitdirmək istədiyimizi fərq etdik və
ilk professional işimiz olaraq doxsanlar klipimizi sosial mediada yayımladıq.
Sizin
öz bəstəniz varmı?
Var olan əsərləri məşhur mahnıları düzəliş
etmək heç bir zaman etməkdən sıxılmayacağımız bir şey olsa da, SesVerSus bu
aralar sıx bir şəkildə öz bəstəsini hazırlamağa adaptasiya olmuş vəziyyətdə idi.
Çox yaxın zamanda SesVerSus'a aid bir mahnıya klip də çəkəcəyik.
Sizə
kömək edən varmı?
Sesversusun bütün havadarları çox böyük bir ailədir. Birliyimizdən bu yana
loqonun hazırlanması, təqdimatımızın aparılması, tənzimləmə dəstəyi məsələlərində
həmişə kömək və dəstək aldıq. Bir tərəfdən
də dostlarımız bizi heç vaxt tək qoymadı. Bir sözlə, Sesversus göründüyünə çox
daha böyük bir komanda və hər mövzuda havadarlarımız mövcud idi. Əlbəttə, yenə
də, gələcəkdə daha çox səs gətirə bilmək üçün peşəkar və maddi dəstəyə də
ehtiyac duyuruq.
Acapella və çoxsəsli musiqi olmasaydı bu qrup qurulmazdı çünki çoxumuz
TRT Ankara Radiosu Çoksəsli Gənclər xoruna davam edərkən tanış olduq. Əvvəl
bir-birimizlə tanış olub sonra acapella ilə tanış olmaqdansa, əvvəl acapella ilə
tanış olub sonra bir-birimizlə tanış olduq, deyə bilərik . Uzun illər çoxsəsli
musiqiyə xorda davam etdikdən sonra yaxın dostlar kimi öz qrupumuzu yaratmaq
istədik. Sesversus bu şəkildə ortaya çıxmış oldu. Acappella qanımıza bir dəfə girdi mi bir daha çıxmır.Niyə
Acapella musiqi?
Musiqi Aləti əvəzinə insan səsini istifadə olunan
ilk musiqi qrup siz özünüzsünüz ?
Əlbəttə, xeyr. Türkiyədə də dünyada olduğu kimi Acapella musiqisinin tarixi qədimlərə
söykənir. Populyar əsərlərilə Acapella tərzi keçirmək, Türkiyədə doxsanıncı illərin
sonu 2000- ci illərin başında yer almağa başlayıb deyə bilərik. Biz də bu ənənəni
davam etdiririk.
Alət
əvəzinə insan səsini istifadə etmək çətindir?
Əsasən bir miqdar təhsil almadan çətin çünki musiqi hissini və
intizamını ona görə qurmağınız lazımdır. Biz də bu təhsilimizi TRT-də aldıq və
bənzər təhsillərdən keçdiyimiz üçün əsərlərə qarşı yanaşmalarımız da oxşardır.
Qrupu
yaratmaqda məqsədiniz nə idi?
TRT Ankara Çoksəsli Gənclər Xoru vaxtlarından bəri musiqi bizi bir araya gətirən
bir vasitə olmuşdur. 2011-ci ilin Mart ayı üçün Uşak Universitetindən
"Qadın Nəğmələri" konserti istəyi gəldiyində, ansamblımız tamamı uyğun olmadığı üçün kiçik bir komanda kimi
iştirak etmək istədik. Kiçik bir qrupla da acapella musiqidən çox həzz
aldığımızı görəndə niyə bunun davamı gəlməsin - dedik. Qrupun təməlləri bu şəkildə
atılmış oldu. O kiçik qrup daha sonra özünə Sesversus adını aldı və böyüyərək
davam etdi.
Niyə
Sesversus?
Eşidər eşitməz mənimsədiyimiz və
hamımızın fərqli şərh etdiyi bir addır əsasən Sesversus. Məsələn, bir mənası,
Türkcə "səs və Latınca" versus sözlərinin bir araya gəlməsindən ibarətdir,
və səslərin toqquşması mənasını verir. Digər bir mənası da, acapella musiqidə əsərlərə
başlamazdan əvvəlki rituala əsaslanır. Bir xor və vokal icması, əsərə
başlamamışdan əvvəl ya rəhbərdən və ya qrup işçilərindən səs alır, yəni əvvəl səs
verilir, sonra əsərə doğru başlamaq və əsərin ruhunu anlamaq üçün briqada qısa
bir müddət susur və həm səsi, həm də əsəri dərk edər. Sonra da əsərə başlanır.
Bu xor intizamı və monolitlik üçün əvəzolunmaz bir amildir. Dediyimiz kimi,
bir-birindən çox fərqli mənalara gəlsəydi də adımızı sevirik.
Fərqiniz nədi digər qruplardan?
Digər
qruplardan fərqimizin sayımız olduğunu deyə bilərik. Əslində bir acapella qrupu
üçün beş nəfər kifayətdir amma biz repertuarımıza çox geniş saxlamağa diqqət
yetirdiyimiz və əsərlərimizi çox diqqətlə seçdiyimiz üçün sayca çox olmağımız
böyük üstünlük olur.
Qrupunuzun
neçə üzvü var?
Qrupumuzda 12si vokal və biri tonmayster olmaq
üzrə 13 adam var.
Qrupunən
az yaşı olanın neçə yaşı var?
Ən gəncimiz beatbox edən dostumuzdur. Tuan 20 yaşında.
Üzvlərinin
hamısı musiqi meşqul yoxsa fərqli peşə sahibləridi?
Qrup üzvlərinin kiçik bir qismi musiqiçi əksəriyyəti
müxtəlif peşə sahiblərindən ibarətdir.
Tələbələriniz
varmı?
Bu an üçün təhsil vermirik, ona görə də tələbələrimiz yoxdur.
Başqa
ölkələrdə səhnə aldınız varmı?
2014-ci ildə Şimali Kipr Türk Cümhuriyyətində
çıxış etdik, amma xaric konsertlərimizi artırmağı hədəf seçirik.
Azərbaycanda
konsert vermək istəyərmisiniz?
Azərbaycanda bir konsert verməyi çox istəyirik
ki, Sesversusun Azərbaycanda konsert verməsi bizim üçün çox həyəcanlı bir təcrübə
olar.
Azərbaycan
musiqisi ilə bağlı məlumatınız varmı?
Azəri mahnıları bizi hər zaman ovsunlamışdır. Hətta repertuarımıza bir Azəri mahnısı olan "Men Onu Sevmişem" i də əlavə etdik, keçirməsi tamamlanıb hazırda əsəri təkmilləşdirmə mərhələsindəyik. Qarşıdakı dövrdə də Azərbaycan mahnılarına daha çox yer verməyi çox istəyirik.
Barış Manço mahnılarına yer vermisiniz, başqa məşhur simaların da mahnıları olacaqmı?
Bu məsələdə çalışmalarımız davam edir. Üzərində işləmək istədiyimiz bir neçə mahnılar var.
Köhnə mahnılar deyil də, yeni dövrün acapellası olacaqmı yoxsa köhnə mahnılardan olacaq?
Biz köhnə yeni fərq etmədən, söyləməkdən həzz aldığımız əsərləri öz layihələrimizlə repertuarımıza qatmağa çalışırıq. Fəqət bu ciddi bir çalışma və zaman aldığı üçün işlər xaricdən bir az yavaş gedir.İndilərdə köhnə və yenidən çox öz bəstə və bir neçə layihəmizi həyata geçirmək üçün çalışırıq. O səbəbdən yaxın bir zaman üçün öz layihələrimizi səsləndirmiş olacağıq.
Barış
Mançonun digər mahnılarına da repertuarınızda yer verəcəksinizmi?
İndilərdə
repertuarımızda sədəcə yeni işlədiyimiz Barış Manço Potpurisi var. Bu mövzuda
çalışmalarımız davam etməkdədir.
Söhbətləşdi: POLAD ASLANOV