Gündəm

Türkiyənin məşhur cərrahları ATU Tədris Cərrahiyyə Klinikasında olublar

19-03-2016, 19:18
Türkiyənin məşhur cərrahları ATU Tədris Cərrahiyyə Klinikasında olublar  
Xeberman.com saytının verdiy məlumata görə, Türkiyənin məşhur Medipol Mega Universitet Xəstəxanasının rektoru 
Sabahattin Aydın, professor Dr. Gazi Yiğitbaş və Uygar Üstün ATU-nun 
Tədris Cərrahiyyə Klinikasının qonağı olub.

Gəlmələrində məqsəd hər iki Xəstəxanın Universitet Klinikası olaraq 
istər sağlıqda, istər elm-tədrisdə birgə iş birliyi qurmaq, elm, təhsil 
Türkiyənin məşhur cərrahları ATU Tədris Cərrahiyyə Klinikasında olublarsahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Bununla 
yanaşı, müştərək elmi layihələrin hazırlanması, elmi-praktik 
konfransların, simpoziumlar və seminarların təşkili, tələbə, rezident və 
magistr mübadiləsi, həkim və müəllimlərin təcrübə mübadiləsinin həyata 
keçirilməsi idi.
İlk öncə ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, Azərbaycan 
Milli Elimlər Akademiyasının müxbir üzvi, professor Nuru Bayramov və 
klinikanın baş həkimi dosent Dr. Asiman Həsənov Ankarada baş vermiş 
terror aktı nəticəsində həyatını itirənlərlə bağlı qonaqlara dərin 
hüznlə başsağlığı, xəsarət alanlara isə Allahdan şəfa diləyib.

Türkiyənin məşhur cərrahları ATU Tədris Cərrahiyyə Klinikasında olublarDaha sonra klinikanın baş həkimi dosent Dr. Asiman Həsənov Tədris 
Cərrahiyyə Klinikasının Universitet Xəstəxanası olaraq məqsəd və 
hədəfləri, istər sağlıq, istər elm-tədris istiqamətindəki fəaliyyəti 
haqqında, son əldə olunan uğurlar, gələcəkdə nəzərdə tutulan planlar 
barədə qonaqlara geniş məlumat verib.

Görüşdə Medipol Mega Universitetinin rektoru Sabahattin Aydın bildirib 
ki, Medipol Universitet Xəstəxanası kimi fəaliyyət göstərir və tibbin 
bütün sahələrini əhatə edir. Eyni zamanda ingilis və türk dilində iki 
tibb fakültəsi, mühəndislik, hüquq, menecment, dizayn və memarlıq kimi 
fakültələri mövcuddur. Özəl olaraq fəaliyyət göstərən Medipol Mega 
Türkiyənin məşhur cərrahları ATU Tədris Cərrahiyyə Klinikasında olublarUniversitet Xəstəxanasında türk tələbələr təqaüdlə, xarici tələbələr isə 
ödəniş etməklə oxuyurlar. Sabahattin Aydın bildirdi ki, onların məqsədi 
həm universitet, həm də xəstəxana olaraq belə bir yüksək səviyyədə 
inkişaf etməkdə olan klinika ilə qarşılıqlı bilik və təcrübə mübadiləsi 
həyata keçirməkdən ibarətdir. "Bütün cərrahi sahələrdə qarşılıqlı 
məlumat versək, birlikdə çalışsaq, bizim üçün də daha yaxşı olardı”.

Görüşün davamında professor Nuru Bayramov öz istəklərini də qonaqlara 
bildirib: "Bizim amalımız müalicə, klinik işləri, təhsil və elmi 
Türkiyənin məşhur cərrahları ATU Tədris Cərrahiyyə Klinikasında olublararaşdırmalarda bir-birimizə dəstək olmaqdır. Bu gün Azərbaycanda tibb 
sahəsi yüksək inkişaf edib. Bəzi məsələlərdə hətta Rusiyadan da 
irəlidəyik. Bunun da təməlində Türkiyənin dəstəyi durur. Türkiyədə 
təhsil aldıq və öyrəndiklərimizi burada tətbiq etdik. Bundan sonra 
bərabərləşmə dövrü olacaq. Azərbaycanla Türkiyə arasında prinsipial fərq 
qalmayacaq. Ümid edirik ki, növbəti zamanlarda birgə işlərimiz çox 
olacaq.”
Görüşdə klinikanın direktoru, professor Nuru Bayramov və baş həkim 
dosent Dr Asiman Həsənov qonaqlarla birgə gələcək işlərin qurulması ilə 
Türkiyənin məşhur cərrahları ATU Tədris Cərrahiyyə Klinikasında olublarbağlı planlı şəkildə müzakirələr apardı.

Sonda həmçinin qonaqlar xalqımıza xas olan Novruz bayramının 
adət-ənənələri haqqında ətraflı məlumatlandırıldı. Qonaqlar bildirdilər 
ki, Türkiyədə demək olar ki, Novruz bayramı dövlət səviyyəsində qeyd 
olunmur. Ancaq burada bayramın yüksək səviyyədə qeyd olunması, 
adət-ənənələrin qorunub-saxlanılması onlar tərəfindən maraq və alqışla 
qarşılanıb. Daha sonra Medipol Klinikası adından Sabahattin Aydın öz 
hədiyyələrini təqdim edərək, birgə xatirə şəkilləri çəkilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]