Əsas Səhifə / Maraqlı

Çaydandan hazırlanan ev – VİDEO

30-07-2016, 15:00

Çaydandan hazırlanan ev – VİDEO
Oxu.Az
 Region TV-yə istinadən xəbər verir ki, bu evin daxildən görünüşü adi olsa da, xarici görünüşü hər kəsi heyran qoyur. 

Onun inşasında minlərlə çaydandan və digər çini qablardan istifadə edilib. 

Evin hazırkı sakinlərinin dediklərinə görə, tikilinin keçmiş sahibi 1970-80-ci illərdə uzun müddət Gəncə Çini Qablar Zavodunda çalışıb. İstehsal prosesinə yararsız sayılan məhsullardan da səmərəli istifadə edib.

Evin ərsəyə gəlməsində təqribən 5 minə yaxın çaydandan və çini qabdan istifadə olunub. 1998-ci ildə həmin şəxs evi sataraq buradan köçüb.

[media=https://www.youtube.com/watch?v=irPrdhvkkKk]

Administratorla əlaqə

077 611-55-22

[email protected]