Ölkə

Erməni tankını bu silahla vurduq - VİDEO

9-05-2016, 21:29
Aprelin 25-nə keçən gecə təmas xəttinin Tərtər-Ağdərə istiqamətində erməni tankına qarşı İsrail istehsalı olan "Spike” raketindən istifadə olunub.
 
Xeberman.com xəbər verir ki, "Spike” tank əleyhinə idarə olunan (mənası "neştər” deməkdir) raketini İsrailin "Rafael” şirkəti istehsal edir. Bu raket NLOS sinfinə daxildir – yəni Non-Line Of Sight, - görünüş zonasından kənarda qalan uzaq hədəfləri dəqiqliklə vurmaq üçün nəzərdə tutulub. 1981-ci ildə İsrail ordusunun arsenalına daxil edilsə də, uzun müddət məxfi saxlanılıb. Bu raketin mövcudluğu yalnız 2010-cu ildə açıq bəyan edilib.

Raketdən ilk dəfə 2006-cı ildə Livanda gedən döyüşlər zamanı "Hizbullah”a qarşı istifadə olunub. Hazırda dünyanın 17 ölkəsi bu silaha sahibdir.

Hədəfi 95% dəqiqliklə vuran Spike NLOS raketinin çəkisi 75 kq, uzunluğu 1,5 metrdir. 25 kilometrə qədər olan hədəfləri vura bilir. Raketlərdə kumulyativ, yaxud fuqas tipli döyüş başlığından istifadə oluna bilər. 
 

Erməni tankını bu silahla vurduq - VİDEO

Administratorla əlaqə

077 611-55-22

[email protected]