Ölkə

FHN-nin institut direktorundan Usubova şikayət - 600 minlik dələduzluq

22-07-2016, 10:03

Fövqəladə Hallar Nazirliyinin «Azkommunlayihə» Kommunal Layihələndirmə İnstitutunun direktoru Sahib Qarayev və onun kürəkəni Əli Məlikov barədə daxili işlər naziri Ramil Usubova müraciət edilib.

Müraciət Zərdab rayon Qoruqbağı kənd sakini Mustafayev Sadiq Möhübbət oğlu tərəfindən olunub. Səbəb isə S. Qarayevin və kürəkəninin sözügedən vətəndaşa qarşı 600 min manat məbləğində dələduzluq etməsidir.

S. Mustafayev nazirə müraciət edərək bu məsələni diqqətə almasını xahiş edib. İş adamının sözlərinə görə, Sahib Qarayev onu müflis edib: «Xahiş edirəm məsələni nəzarətə götürsünlər və mənə qarşı dələduzluq edən şəxslərdən pulumun alınmasına və həmin şəxslərin cəzalandırılmasına yardım etsinlər».

Xatırladaq ki, bir müddət əvvəl S. Mustafayev AzNews.az-a müraciət edərək S. Qarayevin və Əli Məlikovun ondan 600 min almasıyla bağlı məlumat vermişdi. Sadiq Mustafayev müraciətində yazırdı: "Fövqəladə Hallar Nazirliyi tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi «Azkommunlayihə» Kommunal Layihələndirmə Institutunda direktoru Sahib Qarayev və onun kürəkəni Əli Məlikov dostluq münasibətimizdən istifadə edərək 2012-ci ildə ayrı-ayrı vaxtlarda məndən 600 min dollar alıb, bu günə qədər də tam qaytarmayəblar.

S. Qarayev pulun kürəkəni tərəfindən «yeyildiyini», lakin buna baxmayaraq onu ödəyəcəyini bildirsə də, sonradan müxtəlif üsullardan istifadə edərək, bundan boyun qaçırdı. O, əvvəlcə mənə işləmək, borcun əvəzini işlə çıxmaq üçün şərait yaradacağını vəd etdi. İnandırmaq üçün görəcək işin eskiz-layihəsini verdi, konkret iş yerləri göstərdi. Sonradan mənə məlum oldu ki, bunlar hamısı oyundur. Bununla bağlı FHN-ə dəfələrlə müraciət etməyimə baxmayaraq, hələ də mənə dəyən ziyan ödənilmir. Hələ də o, nazirlikdə oturub belə əməllərlə məşğuldur». 

Administratorla əlaqə

077 611-55-22

[email protected]