Media

Eynulla Fətullayevdən ermənilərə daha bir ötürmə

19-07-2016, 07:01
Eynulla Fətullayevdən ermənilərə daha bir ötürmə

24saat.org saytı xəbər verir ki, hazırda düşmən Ermənistanın aparıcı KİV-ləri Azərbaycanın imicinə zərbəvuran "ölüm hökmünün bərpası”nın müzakirə olunmasından yazır.

Xatırladaq ki, Türkiyədə yaşanan son hadisələrdən sonra Türk toplumunda müzakirəyə çıxarılan və ciddi etirazla qarşılanan "ölüm hökmü”nün bərpası məsələsi heç bir zərurət olmadığı halda Eynulla Fətullayevə məxsus haqqın.az saytında (Экс-генпрокурор Ильяс Исмайлов и генерал Я.Айдемиров за смертную казнь в Азербайджане) müzakirəyə çıxarılıb. Bundan istifadə edən düşmən ölkənin təbliğat ruporu Azərbaycanda "ölüm hökmü”nün bərpasının mümkünlüyündən yazmaqla beynəlxalq ictimaiyyətə Azərbaycanın demokratik dəyərlərə sadiq qalmadığını göstərəməyə çalışır.

Məlum olduğu kimi, Ermənistan Qarabağın Azərbaycana qaytarılması yolunda ən ciddi arqumentini Azərbaycanda demokratik dəyərlərin aşağı səviyyədə olduğunu bildirməklə əsaslandırıb. Bu məqamda "ölüm hökmünün bərpası” kimi insanlığa və demokratik dəyərlərə zidd məsələnin heç bir zərurət olmadan müzakirəyə çıxarılması düşmənin ciddi şəkildə nəfinə olub.

 

Xatırladaq ki, Eynulla Fətullayev ictimaiyyət arasında "Qarabağ Gündəliyi” yazısı ilə mənfi reputasiya qazanıb və ermənilərlə əlaqədə ittiham edilib. Bildirək ki, həmin yazıda Fətullayev Xocalı soyqırımını azərbaycanlılar tərəfindən törətdiyini iddia edib.

Bundan əlavə o, qondarma Qarabağ respublikasının "prezidentinə”"CƏNAB PREZİDENT” deməklə də erməni dəyirmanına su tökməyi bacarmışdı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]