Dünya

Roma papası ölüm hökmünü ləğv etməyə çağırıb

22-02-2016, 02:08
Poma papası dünya ictimaiyətini ölüm hökmünü ləğv etməyə çağırıb.
 
Musavat.com xəbər verir ki, papa çağırışı bu yaxınlarda keçiriləcək ədliyyə nazirlərinin 9-cu beynəlxalq konqresindən əvvəl səsləndirib. Məlumata görə, papa bazar günü duasında bütün dünya dövlətlərinə müraciət edərək, bu məsələdə razılığa gəlməyə çağırıb.
 
Dini lider dövlət başçılarına müraciətində deyib: "Kim özünü katolik hesab edirsə, bu müqəddəs il bir dənə də olsun ölüm hökmü verməsin”.
 
Onun bu sözlərini Müqəddəs Petra meydanına yığışanlar alqışlarla qarşılayıblar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]