İqtisadiyyat
İpoteka götürmək üçün maaşınız bu qədər olmalıdır
14-04-2016, 21:21
«Qafqazinfo» xəbər verir ki, bu barədə fins.az Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fonduna istinadən xəbər verir. Fondun məlumatına əsasən, borcalanların 37,8%-nin gəliri 1100 manatdan çox olub. 900-1100 manat qazananlar 15,6%, 700-900 manat aylıq gəliri olanlar isə 20,6% paya malikdir.
Başqa sözlə, ipoteka kreditlərinin 74%-ni aylıq gəliri 700 manatdan çox olanlar alır. 500-700 manat gəliri olanların payı 17,1%-i, 300-500 manat qazananlar 6,7%-dir. İpoteka kreditlərinin 2,2%-ni isə qazancı 300 manatdan az olub.