Dünya
Doqquz İŞİD-çi tutuldu
13-08-2016, 15:52
Malayziya polisi İŞİD terror qruplaşmasının doqquz döyüşçüsünü həbs edib.
Xeberman.com axar.az-a istinadən bildirir ki, bu haqda məlumatı Nyu York Tayms nəşri yayıb.
Verilən məlumata görə, onlardan ikisi iyun ayında Kuala-Lumpur ətrafında baş verən terror aktını törətməkdə şübhəli bilinir.
Xatırladaq ki, iyunun 28-də Kuala-Lumpurda baş verən bu terakt İŞİD-in bu ölkədəki ilk terroru idi.