Ölkə

MTN-dəki şəbəkəyə bağlı media qurumları nəzarətə götürülüb

9-07-2016, 21:00
MTN-dəki şəbəkəyə bağlı media qurumları nəzarətə götürülüb  Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və dəstəsinin əlində olan komparamatları ələ keçirmək üçün ciddi iş aparılır. Xeberman.com saytının redaksiyasına daxil olan məlumata görə, hakimiyyətin zirvəsindən gələn göstərişə əsasən hazırda MTN-nin nəzarətində otellər, restoranlar və barlarda ciddi araşdırmalar aparılır. Araşdırma həmin obyektlərdə yerləşdirilən kamerə və dinləmə qurğuları ilə bağlıdır. Otel və restoran sahibləri qurğuların ora necə, konkret olaraq kimin tapşırığı ilə yerləşdirildiyi barədə sorğu-sual edilir. Həmçinin onların müştərilərilə də maraqlanıblar.

Məlumatda deyilir ki, araşdırmaların növbəti istiqaməti həmin materialların hansı media orqanlarına, kimlərin tapşırığı ilə ötürülməsilə bağlıdır.


Bildirilir ki, araşdırmalar Eldar Mahmudovun əlində ölkənin tanınmış şəxsləri və məmurlar barədə 2800 intim videonun olması barədə məlumatdan sonra başlayıb.

Qeyd edək ki, bu barədə məlumat bir müddət əvvəl yayılıb. Bu məlumatdan sonra isə Eldar Mahmudov və dəstəsinin nəzarətində olan, müxalifətə qarşı qara piarla məşğul olan bəzi saytların fəaliyyəti dayandırılıb. MTN-nin nəzarətində olan digər mətbu orqanlar da ciddi nəzarət altındadır. Hakimiyyətdə düşünürlər ki, kompramatlar bu media qurumları vasitəsilə ictimailəşdirilə bilər. Ona görə də bəribaşdan müvafiq tədbirlər görülüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]