Gündəm

Bakıda baş vermiş güclü partlayışla bağlı - RƏSMİ AÇIQLAMA

7-07-2016, 03:55
Bakıda baş vermiş güclü partlayışla bağlı - RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Bakıda sexdə baş vermiş partlayışla bağlı məlumat yayıb.

Xeberman.com-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 5-də saat 03 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Bakı şəhər sakini Azər Kərimova məxsus "Golden Water” MMC-nin "Lider-Cola” istehsalat sexində quraşdırılmış, içərisində karbon qazı olan 4 tonluq dəmir çən partlayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, sexin 1500-2000 kvadrat metr ərazisi, hasarı dağılıb, inzibati binanın və yaxınlıqdakı 3 evin şüşələri sınıb, dam örtükləri yararsız hala düşüb. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]