Siyasət

ATƏT-DƏ QALMAQAL – RUSLAR İCLASI TƏRK ETDİLƏR

4-07-2016, 23:41
ATƏT-DƏ QALMAQAL – RUSLAR İCLASI TƏRK ETDİLƏRRusiya nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasının iclasını tərk edib.


 
Xeberman.com "İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Rusiya nümayəndə heyətinin bu addımına Krımla bağlı Ukrayna tərəfindən hazırlanmış qətnamə layihəsinin müzakirəsi səbəb olub.

Nümayəndə heyətinin rəhbəri, Dövlət Dumasının deputatı Nikolay Kovalyovun sözlərinə görə, sənəd "tamamilə qeyri-obyektiv” və "anti-Rusiya” xarakteri daşıyır. Sənəddə Krımda insan hüquqları və əsas azadlıqların pozulması, həmçinin Krım tatarlarının hüquqların pozulmasından bəhs edilir.

Kovalyov qeyd edib ki, qətnamə layihəsində işgəncələrdən danışılır, amma faktlar göstərilmir.

"Bu bütünlüklə təbliğatçı şüarlardır. Biz təbii ki, sənədlə razı deyilik”, - deputat vurğulayıb.

Xatırladaq ki, ötən il ATƏT-in Parlament Assambleyası Rusiyanın Ukrayna barəsində "təcavüzkar davranışı”nı ittiham edən qətnaməni qəbul edib. Qətnamədə bildirilib ki, Ukrayna ərazisində Rusiya tərəfindən dəstəklənən silahlı qruplar, hərbi təlimatçılar və muzdlular var. Təşkilat Rusiyanı Ukraynada pozucu kampaniyanı dayandırmağa, Donetsk və Luqansk vilayətlərinin müəyyən rayonlarında gərginliyini azaltmağa, ümumiyyətlə Ukraynadan tamamilə çıxmağa çağırıb.

Sənəddə xüsusi diqqət Krıma ayrılmışdı. Qətnamənin müəllifləri vurğulayıblar ki, 16 mart 2014-cü ildə Krım Muxtar Respublikası və Sevastopol şəhərində keçirilmiş referendum hüquq gücə malik deyil. Təşkilat yarımada ərazisində artan hərbiləşmədən və Rusiyanın burada nüvə silahı yerləşdirmək niyyətlərinin narahatlığını ifadə edib. Bildirilib ki, bu cür hərəkətlər qlobal, ümumavropa və regional miqyasda sülh və təhlükəsizliyə zərbə vurur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]