NATO-dan Ermənistan əleyhinə qətnamə
NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyası çərçivəsində qurumun Müdafiə və təhlükəsizlik komitəsi suveren ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qətnamə qəbul edib.
Xeberman.com xəbər verir ki, bunu Trend-ə iclasda iştirak edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovdeyib.
S.Novruzov bildirib ki, komitənin iclasında işğal olunmuş ərazilər məsələsi müzakirəyə çıxarıldı:
"ABŞ nümayəndə heyətinin üzvünün təklifi ilə belə bir məsələ ortaya qoyuldu ki, bütün suveren dövlətlərin ərazi bütövlüyü tanınmalıdır və müzakirələrdən sonra bununla bağlı qətnamə qəbul edildi”.
S.Novruzov qeyd edib ki, Ermənistan nümayəndə heyəti qətnamənin qəbul edilməsinə etiraz etsə də, heç bir nəticəsi olmadı.
Qeyd edək ki, qətnamə noyabrın 21-də NATO Parlament Assambleyasının sessiyasında da təsdiq olunacaq.