Siyasət

Uorlik Ermənistanın 'DQR'-in 25 illiyi ilə bağlı tədbir keçirməsinə münasibət bildirib

26-08-2016, 21:38
"Bizim mövqeyimiz aydındır. Dağlıq Qarabağ müstəqil respublika kimi ABŞ və Ermənistan da daxil olmaqla, heç bir ölkə tərəfindən tanınmır”.
 
Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanda "Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin 25 ili” adı altında tədbirin keçirilməsinə münasibət bildirərkən deyib.
 
Diplomat bildirib ki, diqqəti münaqişənin sülh yolu ilə həllinə apara biləcək addımlara, xüsusilə Azərbaycan və Ermənistan prezidentləri arasında davam edən dialoqa cəmləmək son dərəcə vacibdir: "ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə biz münaqişənin sülh yolu ilə həllinə kömək etmək üçün tərəflərlə fəal işləməyə davam edəcəyik”. 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]