Siyasət

ƏRDOĞANIN QƏRARLI SİYASƏTİNİN BÖYÜK UĞURU!- İsrail bütün şərtləri qəbul edib

27-06-2016, 18:24
ƏRDOĞANIN QƏRARLI SİYASƏTİNİN BÖYÜK UĞURU!- İsrail bütün şərtləri qəbul edib

Xəbər verildiyi kimu, Türkiyə ilə İsrail arasında 2010-cu ildən başlayan böhran başa çatmaq üzrədir. İki ölkə arasında razılaşma artıq paraflanıb, sabah Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri ilə israilli həmkarı arasında sənəd imzalanacaq.
İmzalanmadan sonra sənəd Türkiyə Böyük Millət Məclisində və müvafiq olaraq İsrail Nazirlər Kabineti tərəfindən ratifikasiya olunacaq, bununla da, iki ölkə arasında münasibətlərin normallaşması prosesi rəsmən başlamış olacaq.

"AzPolitika.info” Türkiyə mənbələrinə istinadən məlumat verir ki, İsrailin Ankaranın uzun illər üzərində israr etdiyi tələblərin bəzilərini tam, bəzilərini isə qismən yerinə yetirməsi belə bir razılaşmanın imzalanmasına səbəb olub.

Xatırladaq ki, iki ölkə arasında münasibətlərin pozulmasına səbəb 31 may 2010-cu ildə İsrail hərbçilərinin Türkiyədən Fələstinə yardım aparan "Mavi Mərmərə” gəmisinə hücum etməsi olmuşdu. Nəticədə biri ABŞ vətəndaşı olmaqla 9 nəfər ölmüşdü.

52d501df5603
Bundan sonra Türkiyə İsrailə qarşı bir sıra diplomatik addımlar atmışdı.Nəticədə 1 sentyabr 2011-ci ildə BMT "Mavi Mərmərə” hesabatında İsrailin gücdən istifadəsini təsdiqlədi.
2 sentyabr 2011-ci ildə isə Türkiyə İsraillə diplomatik münasibətlərini ikinci katib səviyyəsinə endirdi. İsrailin Ankara səfiri Gabbi Levinin də Türkiyəni tərk edərək ölkəsinə getməsinə nail olundu.

2012-ci ilin noyabrından İsrail Türkiyəilə münasibətlərin bərpası üçün danışıqlara başladı. Bununla bağlı Türkiyə bir sıra şərtlər irəli sürdü. Bunlardan 3-2 xüsusi ilə fərqlənirdi: Birincisi, "Mavi Marmara” məsələsinə görə İsrailin Türkiyədən üzr istəməsi. İkincisi, gəmidə həlak olmuş Türkiyə vətəndaşlarına təzminat ödəməyə razılıq verməsi. Üçüncüsü isə, Fələstinə tətbiq olunmuş embarqonun yumşaldılması.

Bu şərtlərdən ilk ikisini İsrail yerinə yetirməyə xeyli müddət əvvəl razılaşsa da, sonuncunu yerinə yetirmək istəmirdi.

Belə ki, İsrail tarixində ilk dəfə olaraq 2013-cü ilin martında başqa bir dövlətdən üzr istədi. Türkiyənin ilk tələbini yerinə yetirməyə razılaşan İsrailin baş naziri Netanyahu Türkiyənin o vaxtkı baş naziri Rəcəb Tayyiib Ərdoğana zəng edərək, üzr istədi.

tr51

Lakin Ərdoğan  digər şərtlərin də ödənilməsini tələb edirdi. İmzalanacaq razılaşmaya əsasən bu şərtlər də ödəniləcək.

Belə ki, "AzPolitika.info”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, razılaşmaya əsasən İsrail "Mavi Mərmərə”də şəhid olanların ailələrinə kompensasiya verilməsini və Qəzzanın blokadasının qaldırılmasını qəbul edib.

Belə ki, razılaşmaya əsasən İsrail "Mavi Marmara” gəmisində həyatını itirən Türkiyə vətəndaşlarının ailələrinə ümumilikdə 20 milyon dollar təzminat ödəyəcək.

Bu razılaşma ilə Fələstinə tətbiq olunan embarqo böyük ölçüdə aradan qaldırılacaq.  Qəzzadə 200 çarpayılı  Türkiyə-Fələstin xəstəxanasının  inşa olunması və xidmətə verilməsi üçün lazımi addımlar atılacaq.

Razılaşma çərçəvəsində həmçinin Türkiyənin Qəzzaya insnai yardım çərçəvəsində mülki əhali üçün lazımı məhsulların göndərməsinə şərait yaradlacaq. Qəzzada infrastrukturun yaxşlaşdırılması istiqamətində işlərin həyata keçirilməsinə imkan veriləcək.

Razılaşma çərçəvəsində əsas həllini tapan problemlərdən biri Qəzzanın su və elektirk enerjisi ilə təchizatıdır. İsrail bu müddəaya razılığını bildirib. Qəzzaya verilən  su və elektirk enerjisinin həcmi artırılacaq, yeni yarımstansiyalar tikiləcək.

Qəzza, Tabiatıyla ilə yanaşı razılaşmada Türkiyəni Qərbi  Şeriaya yönəlik tələbləri də qəbul edilib. Belə ki, burada sənaye bölgəsinin yaradılması kimi böyük bir layihənin həyata keşirilməsi asanlaşdırılıb.

1430217941_318105_458596

Razılaşmada "Həmas” təşkilatı ilə bağlı da hər hansı şərt qoyulmayıb. Yəni, Türkiyə Fələstin dövlətinə və xalqına siyasi dəstəyini davam etdirə biləcək. Təsadüfü deyil ki, həm Fələstin hökuməti, həm də "Həmas” bu razılamanı dəstəklədiklərini bəyan ediblər.

Türkiyənin baş naziri Binəli Yıldırım da İsraillə əldə olunmuş razılaşmada Fələstin xalqının maraqlarının ön plana alındığını bəyan edib: "Əsas məqsəd Qəzzada insanların rahat nəfəs alması və rahat yaşamasıdır. Biz bununla sonuna qədər Fələstin xalqının yanında olduğumuzu ortaya qoyduq”.

Beləliklə, bu razılaşma ilə Fələstinə tətbiq olunan embarqo böyük ölçüdə aradan qaldırılacaq. Bunu da prezident Ərdoğanın başçılığı ilə Türkiyə hökumətinin 2010-cu ildən bu yana həyata keçirdiyi qərarlı siyasətin sayəsində əldə olunmuş ciddi diplomatik uğur hesab etmək olar.
Türkiyənin demək olar ki, bütün şərtləri qəbul edilmiş, Fələstin xalqının durumunun yaxşılaşdırılmasına yönəlik tarixi bir addım atılmışdır. "Mavi Marmara” gəmisində şəhid olanların arzuladığı kimi, Qəzzaya yardım üşün yollar açılmışdır.
Bunun nəticəsi olaraq, iyulun 1-də 10 min ton humanitar yardım daşıyan Türkiyə gəmisi İsrailin Aşdod limanı istiqamətində hərəkət edəcək.

Rasim

Administratorla əlaqə

077 611-55-22

[email protected]