Ölkə

Hacı Tale: Cəmil Həsənli kişi adamdır!

11-06-2016, 02:35
TALE BAĞIROV CƏMİL HƏSƏNLİ HAQQINDA...

"Cəmil Həsənli ekranlardan 9 milyonun qarşısında o sözləri ki, dedi, tarix yazdı. O, kişi adamdır. Əvvəl tarixi kitablar yazırdı, indi isə tarix yazdı. Peyğəmbərimiz döyüşdə kafirlərlə, hamısın öldürdü lakin birini saxladı. O soruşduqda "niyə məni saxladın?" Peyğəmbərimiz dedi ki, Allah sən kafir olsanda səndəki əxlaq, şücaət və başqa insani keyfiyyətlərinə görə öldürülməni istəmir. Həmin kafir isə cavabında mən sənin Allahına inanıram dedi. Bu gün işlər insani dəyərlər üzərində qurulmalıdır. Dünən 5-10 il həbs istənilən qardaşlarla görüşmüşən. Onlar bir-birlərini təbrik edirdilər. Bu şərəfli tarixdir. Artıq gəncliyi zindanla qorxutmaq qeyri-mümkündür. Qorxu olmayan yerdə sağlam düşüncə olur.”

... VƏ CƏMİL HƏSƏNLİ TALE BAĞIROV HAQQINDA!

"Azərbaycanda olmadığımdan təəssüf edirəm ki, ilahiyyətçi Tale Bağırzadənin məhkəməsində iştirak edə bilmədim. Tale Azərbaycanda ilahiyyət elminin yeni nəslinin ən istedadlı nümayəndəsidir. İmanına vətən sevgi hopmuş Tale Bağırzadə kimi möminlərin ona verilən "cəzadan" narahat olmaması bu hakimiyyətin repressiya siyasətinin iflasanın təzahürüdür. İnanclı insanların narkotika ilə şərlənməsi bütövlükdə islamın narkotikaya bulaşdırılmasıdır. Saxta ittihamlarla belə adamları həbsə atmaq hakimiyyətin yalnız hüquq anlayışından deyil, əxlaq anlayışından da uzaq olduğunu göstərir. Taleyin üzünə durmağa məcbur edilən Hacı Kamran Seyidov özünü intihar etdi. Hətta bəyənmədiyimiz Sovet dövründə islam inanclı vətəndaşlar belə əxlaqsız repressiyalara məruz qalmayıb. Sözün tam mənasında bu rüsvayçılıqdır. 

Məhkəmədəki çıxışında Taleyin "bu gün dinindən, irqindən asılı olmayaraq, hamı haqq mübarizəsi aparmaqdadır... Artıq gəncliyi zindanla qorxutmaq qeyri-mümkündür. Qorxu olmayan yerdə sağlam düşüncə olur" fikrini söyləməsi yeni tarixi mərhələnin mühüm təzahürüdür. Saxta ittihamla həbsə alınmış Tale məhkəmənin ona verdiyi "cəzanı" gülüşlə qarşıladı. Taleyin bu gülüşü narkotikaya aludə olmuş Azərbaycan hakimiyyətinin taleyinə gülüş idi. Məhkəmədə baş verənlər Taleyin şərəfli bir yol getdiyini və böyük qələbəsini ortaya qoydu. İnsanlığın şeytanlıq üzərində, Allaha tapınmağın allahszılıq üzərində, haqqın haqsızlıq üzərində, ədalətin zülm üzərində, sağlam ruhun xəstə təfəkkür üzərində qələbəsi idi Taleyin qələbəsi.”

Hacı Tale: Cəmil Həsənli kişi adamdır!

Administratorla əlaqə

077 611-55-22

[email protected]